22:36 23-09-2020
news_image
63
FUTBOL

5 əvəzetmə qaydası saxlanılacaq - avrokuboklarda

Avrokubokların 2020/21 mövsümündə oyunlar zamanı 5 əvəzetmə qaydası saxlanılacaq.

Apasport.az saytının xarici mətbuata istinadən məlumatına görə, UEFA bu barədə qərarı İcraiyyə Komitəsinin növbəti yığıncağında verəcək.

Sentyabrın 24-də keçiriləcək toplantıda koronavirus pandemiyası ilə əlaqədar klublara yardım məqsədilə verilən bu qərarın saxlanaılacağı rəsmiləşəcək. 

Beynəlxalq Futbol Assosiasiyaları Şurası (İFAB) bu qaydanın tətbiqinə mayda icazə verib. Sonradan yeniliyin 2020/21 mövsümündə də tətbiqinin mümkünlüyü barədə qərar qəbul olunub. Amma bununla bağlı yekun qərarı yarışların təşkilatçıları verməlidir.