23:12 23-09-2020
news_image
93
FUTBOL

Premyer Liqa klubunu almaq istəyir – ABŞ şirkəti

İngiltərənin “Bernli” klubu sahibini dəyişə bilər.

Apasport.az saytının məlumatına görə, ABŞ-ın “ALK Capital LLC” idman investisiya şirkəti Premyer Liqa təmsilçisini almaq barədə danışıqlar aparır.

Danışıqların müsbət yöndə getdiyi bildirilir. Amerikalılar iki struktur yaratmaq niyyətindədir. Bunların birində nəzarət paketinə sahib olan fərdi investorlar, digərinə rəhbərlik daxil olacaq.

“ALK Capital”a Alan Peys rəhbərlik edir. MLS-də mübarizə aparan “Real Solt-Leyk” klubunun sabiq prezidenti ötən il “Şeffild Yunyted”i almağa cəhd etsə də, istəyinə çatmayıb.