23:26 23-09-2020
news_image
64
FUTBOL

Koronavirusa yoluxdu – “Milan”ın müdafiəçisi

İtaliyanın “Milan” klubunda koronavirus pandemiyasına yoluxma faktı aşkarlanıb.

Apasport.az xəbər verir ki, bu barədə “rossonyerlər” rəsmi saytı vasitəsilə məlumat yayıb.

Bildirilir ki, müdafiəçi Leonardo Duartenin koronavirus testi pozitiv çıxıb. Braziliyalı futbolçu artıq karantinə alınıb. “Milan”ın digər futbolçularından və klub işçilərindən götürülən testin nəticəsi isə mənfi olub.

Qeyd edək ki, Leonaro Duarte “Milan”a 2019-cu ilin yayında Braziliya təmsilçisi “Flamenqo”dan keçib.