23:47 23-09-2020
news_image
107
FUTBOL

“El Klasiko”nu buraxa bilər – ter Ştegen

“Barselona”nın qapıçısı Mark-Andre ter Ştegenin sağalma prosesi gözləniləndən zəif gedir.

Apasport.az saytının məlumatına görə, almaniyalı qolkiperin planlaşdırılan tarixdən gec sıraya dönməsi gözlənilir.

28 yaşlı oyunçu artıq bir neçə həftədir məşq edə bilmir. Çünki gərginlikdən sonra dizi mütəmadi şişir. Klubun həkimləri Almaniya millisinin üzvünün oktyabrın sonlarında yaşıl meydanlara dönəcəyini proqnozlaşdırırdılar. Ancaq indiki vəziyyətdə bu, real görünmür. Onun noyabrın ortalarına qədər matçlara çıxmamaq ehtimalı var.

Belə olarsa, ter Ştegen İspaniya La Liqasının VII turunda “Real”a qarşı keçiriləcək “El Klasiko”nu (25 oktyabr) buraxa bilər.