
19:06
Yaponiyanın “Yokohama” klubunun futbolçusu Kadzuyosi Miura tarixə düşüb.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi “Gündoğar ölkə” çempionatları tarixində meydana çıxan ən yaşlı futbolçu olub.
“Kavasaki Frontale” ilə matça (2:3) start heyətində çıxan və 56-cı dəqiqədə əvəzlənən oyunçu 53 yaş 6 ay 28 günlüyündə şans qazanıb. Əvvəlki rekord Masasi Nakayameyə məxsus idi. 2012-ci ildə “Konsadole Sapporo”da meydana çıxan hücumçu 45 yaş 2 ay 1 günlüyündə forma geyinib.
Qeyd edək ki, Miura son 13 ildə “Yokohama”nın heyətində aşağı dəstədə oynayıb.