11:45 24-09-2020
news_image
139
FUTBOL

“Operativ Qərargahdan cavab gözləyirik” – idman zalları nə vaxt açılacaq?

“İdman zalları və fitness zallarının fəaliyyətini bərpa etməsi ilə bağlı müzakirələr davam edir”.

Apasport.az saytının məlumatına görə, bunu Gənclər və İdman Nazirliyinin İdman Şöbəsinin müdiri Fərid Mansurov deyib.

O, idman zallarının bərpası ilə bağlı qərarı Nazirlər Kabineti yanında Operativ Qərargahın verəcəyini söyləyib: “Bu gün pandemiya ilə bağlı olaraq hər bir addım Operativ Qərargahın qərarına əsasən atılır. Ümid edirik ki, idman sahəsində də bu icazə veriləcək. Açıq havada yarışların keçirilməsinə icazə verilib. Artıq müəyyən vaxtdan sonra havalar soyuyacaq. Bir neçə idman növündə beynəlxalq yarışlar start götürüb. Operativ Qərargahdan cavab gözləyirik”.

Mansurov dekabrda idman gimnastikası üzrə Avropa çempionatının təşkilinin gözlənildiyini əlavə edib.