12:01 24-09-2020
news_image
108
FUTBOL

Suaresin keçidi rəsmiləşdi – “Atletiko”ya

İspaniyanın “Barselona” klubunun futbolçusu Luis Suaresin “Atletiko”ya keçidi rəsmiləşib.

Apasport.az saytının məlumatına görə, bunu Kataloniya təmsilçisi açıqlayıb.

33 yaşlı uruqvaylı hücumçunun keçidi üçün “Barselona” bonuslar kimi 6 milyon avroya yaxın vəsait əldə edəcək. “Atletiko” Çempionlar Liqasının 1/4 finalına çıxdığı hər mövsümdə 2 milyon ödəyəcək.

Qeyd edək ki, 2014-cü ildən “Barselona”da oynayan Suares 283 matçda 198 qol vurub. O, dörd dəfə ölkə çempionu və kubokun qalibi adını qazanıb, 2015-ci ildə Çempionlar Liqasındakı qələbəyə finaldakı qolu ilə töhfə verib.