13:39 24-09-2020
news_image
107
FUTBOL

Baş məşqçisini dəyişdi - “Sabah”

“Sabah”ın əvəzedici komandasında məşqçi dəyişikliyi gerçəkləşib. 

Apasport.az saytının məlumatına görə, İlqar Mənsimov əvəzedici komandanın baş məşqçisi, Saşa Yunisoğlu və İlqar Əliyev isə köməkçi məşqçi vəzifəsinə təyin olunub.

Ötən mövsüm əvəzedici komandanın baş məşqçisi olan Rövşən Babayev bundan sonra "Sabah" Futbol Akademiyasında seleksiya xidmətinin rəhbəri vəzifəsini icra edəcək.

Qeyd edək ki, əvəzedici komandaya yeni təyin olunan hər 3 mütəxəssis ötən mövsüm “Sabah”ın U-17 komandasında çalışıb. U-17 komandası 2019/20-ci il mövsümünü çempion kimi başa vurub.