14:13 24-09-2020
news_image
165
FUTBOL

“Neftçi” “Dalğa Arena”da - “Qarabağ”ın Sumqayıt sınağı

Sabah Azərbaycan Premyer Liqasında IV tura start veriləcək.

Apasport.az saytının məlumatına görə, turun oyunları üç günü əhatə edəcək.

İlk qarşılaşma Sumqayıtda baş tutacaq. Çempionatın sürpriz liderlərindən biri olan “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. Ardıcıl iki qələbə qazanan Ayxan Abbasovun komandası matça çempionu büdrətmək arzusu ilə çıxacaq. Son üç qarşılaşmada qələbəyə həsrət qalan Qurban Qurbanovun yetirmələri Avropa Liqasının pley-offu ərəfəsində uğursuzluğa son qoymağa çalışacaq.

Turun digər matçları Bakıda baş tutacaq. İkinci oyun günündə turnir cədvəlinin əks qütblərində qərarlaşan iki komanda görüşəcək. Xal üzünə həsrət qalan “Səbail” məğlubiyyət seriyasını evdə qırmağa ümidlidir. “Sabah” isə ardıcıl 3-cü qələbə ilə liderliyini qorumağa köklənib.

Premyer Liqanın qol buraxmayan yeganə komandası “Keşlə” ev sınağına çıxacaq. Yunis Hüseynovun yetirmələri “Zirə” ilə görüşdə qolsuz heç-heçələr seriyasına qələbə ilə son qoymaq arzusundadır. Rəşad Sadıqovun komandası isə ev məğlubiyyətindən sonra toparlanaraq xal hesabını artırmalıdır.

Tura “Dalğa Arena”da yekun vurulacaq. Qələbə həsrətində olan “Qəbələ” ölkənin ən titullu klubu “Neftçi”nin qonağı olacaq. Qeyri-sabitlikdən əziyyət çəkən bakılılar liderlər qrupundan qopmamaq üçün turu itkisiz keçməlidir. Füzuli Məmmədovun yetirmələri son ev görüşündəki məğlubiyyəti bu qarşılaşmada unutdurmalıdır. Qonaqlar isə ilk qələbə və səfərdəki ilk xala görə mübarizə aparacaq.

Azərbaycan Premyer Liqası
IV tur
25 sentyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ”

“Kapital Bank Arena”

26 sentyabr (şənbə)
18:00. “Səbail” – “Sabah”

“ASCO Arena”

20:15. “Keşlə” – “Zirə”
“ASK Arena”

27 sentyabr (bazar)
19:00. “Neftçi” – “Qəbələ"
“Dalğa Arena”

1

Sabah

3

2

0

1

5-2

6

2

Sumqayıt

3

2

0

1

4-2

6

3

Neftçi

3

2

0

1

4-4

6

4

Keşlə

3

1

2

0

1-0

5

5

Qarabağ

3

1

1

1

3-2

4

6

Zirə

3

1

1

1

3-4

4

7

Qəbələ

3

0

2

1

1-4

2

8

Səbail

3

0

0

3

3-6

0

Bombardirlər: Əli Qurbani ("Sumqayıt"),  Namiq Ələsgərov ("Neftçi") – 3 qol.