14:41 24-09-2020
news_image
155
FUTBOL

“Molde” “Qarabağ”la oyundan daha gərgin idi” – Sergey Rebrov

“Molde”nin bu cür oyununu gözləyirdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Ferensvaroş”un baş məşqçisi Sergey Rebrov Çempionlar Liqasının pley-off mərhələsində “Molde” ilə keçirilən oyun haqda danışarkən deyib.

Ukraynalı mütəxəssis Norveçdə baş tutan və 3:3 hesabı ilə nəticələnən görüşdə rəqibin yaxşı təzyiq etdiyini söyləyib. O, “Molde”nin III təsnifat mərhələsində “Qarabağ”la görüşünə də toxunub: “Molde” ilə ilk oyunumuz səfərdə oldu. Rəqib əvvəlki mərhələdə “Qarabağ”la oyundan daha gərgin çıxış edirdi. Biz də hazırlığımızı buna uyğun qurmuşduq. Əminəm ki, Budapeştdəkı matç tam başqa cür olacaq”.

Qeyd edək ki, “Ferensvaroş”la “Molde” arasında cavab görüşü sentyabrın 29-da keçiriləcək. Norveç təmsilçisi əvvəlki mərhələdə “Qarabağ”ı 0:0 hesabı ilə başa çatan qarşılaşmanın penaltilə seriyasında üstələyib.