15:47 24-09-2020
news_image
174
FUTBOL

PFL-ə müraciət – stadionun dəyişdirilməsi üçün

“Turan Tovuz” komandası I divizionun ilk turlarında ev oyunlarını öz meydanında keçirə bilməyəcək.

Apasport.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının (PFL) Texniki İdman şöbəsinin müdiri Elgiz Abbasov yarışın püşkatma mərasimi zamanı çıxışında bildirib.

Onun sözlərinə görə, Tovuz şəhər stadionunda təmir və tikinti işləri davam etdiyindən, klub rəhbərliyi PFL-ə bununla bağlı müraciət ünvanlayıb: “Koronavirus pandemiyası səbəbindən Tovuzdakı stadionun tikinti işlərində müəyyən yubanma var. Klub rəhbərliyi müraciət etdi ki, ilk turlarda Tovuza təyin olunan ev oyunları səfər matçları ilə əvəzlənsin. PFL hələ ki, bununla bağlı yekun qərarını verməyib”.

Qeyd edək ki, oktyabrın 1-2-də keçiriləcək ilk turda “Turan Tovuz” “Zaqatala”nı qəbul etməlidir.