16:03 24-09-2020
news_image
69
DİGƏR NÖVLƏR

Festivalı təxirə salındı - yeniyetmələrin

Yeniyetmələrin Avropa Qış Olimpiya Festivalı təxirə salınıb.

Apasport.az saytının məlumatına görə, 2021-ci ilin fevralında baş tutmalı olan yarış dekabrda keçiriləcək.

Buna koronavirus pandemiyası səbəb olub. Finlandiyanın Vuokatti şəhərində təşkil olunacaq festivalın yeri dəyişdirilməyib. 14-18 yaşlı idmançıların qatılacağı yarış dekabrın 11-18-də baş tutacaq.

Qeyd edək ki, öncədən festival fevralın 6-13-də keçirilməli idi.