20:50 25-09-2020
news_image
235
FUTBOL

“Sumqayıt” qələbəni əldən verdi - “Qarabağ” qalibiyyətə həsrətdir

Bu gün Azərbaycan Premyer Liqasında IV tura start verilib.

Apasport.az saytının məlumatına görə, turun ilk günündə bir oyun keçirilib.

Günün yeganə matçı Sumqayıtdakı “Kapital Bank Arena”da baş tutub. Ardıcıl iki qələbə ilə liderliyə şərik olan “Sumqayıt” öz meydanında “Qarabağ”ı qəbul edib.

Uğursuzluq zolağında olan Qurban Qurbanovun yetirmələrinin qələbə həsrəti 4 oyuna yüksəlib. Ötən mövsüm yeganə məğlubiyyətini Ayxan Abbasovun kollektivindən alan son çempion bu dəfə də büdrəyib.

Ardıcıl olaraq “Neftçi” və “Səbail”ə qalib gələn “gənclik şəhəri” təmsilçisi bu dəfə qələbəni son dəqiqədə buraxdığı qolla əldən verib. Nəticədə qollu bərabərlik qeydə alınıb.

Qeyd edək ki, sabah “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə”, ertəsi gün “Neftçi” – “Qəbələ" oyunu keçiriləcək.
 

Azərbaycan Premyer Liqası
IV tur
25 sentyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ” - 2:2
Qollar:
Əli Qurbani, 52, Camaləddin Xocaniyazov, 54 - Kvabena Ovusu, 59, Filip Ozobiç, 90+5
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
“Kapital Bank Arena”
“Sumqayıt”: 13. Aydın Bayramov, 3. Vurğun Hüseynov (k), 97. Xəyal Nəcəfov, 14. Elvin Bədəlov, 6. Vüqar Mustafayev, 10. Rəhim Sadıxov, 7. Tellur Mütəllimov, 5. Camaləddin Xocaniyazov, 9. Əli Qurbani, 17. Murad Xaçayev, 18. Süleyman Əhmədov
Ehtiyat oyunçular: 71. Hüseynəli Quliyev, 22. Cavid İmamverdiyev, 4. Kərəm Sultanov, 21. Adəm Həmati, 19. Nurlan Quliyev, 30. Nəbi Məmmədov, 88. Cavid Quliyev, 20. Rüfət Abdullazadə, 8. Səbuhi Abdullazadə
Baş məşqçi: Ayxan Abbasov
“Qarabağ”: 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 55. Bədavi Hüseynov (k), 30. Abbas Hüseynov, 19. Filip Ozobiç, 7. Kvabena Ovusu, 8. Uroş Matiç, 77. Donald Gerye, 81. Kevin Medina, 6. Patrik Andrade, 44. Elvin Cəfərquliyev
Ehtiyat oyunçular: 12. Emil Balayev, 5. Maksim Medvedev, 18. İsmayıl İbrahimli, 27. Toral Bayramov, 22. Musa Qurbanlı, 66. Cavid Bayramov, 24. Nihad Tamazov, 21. Rauf Hüseynli, 99. Hüseyn Hüseynzadə, 29. Zamiq Əliyev
Baş məşqçi: Qurban Qurbanov

1

Sumqayıt

4

2

1

1

6-4

7

2

Sabah

3

2

0

1

5-2

6

3

Neftçi

3

2

0

1

4-4

6

4

Qarabağ

4

1

2

1

5-4

5

5

Keşlə

3

1

2

0

1-0

5

6

Zirə

3

1

1

1

3-4

4

7

Qəbələ

3

0

2

1

1-4

2

8

Səbail

3

0

0

3

3-6

0

Bombardir: Əli Qurbani ("Sumqayıt") – 4 qol.