16:38 24-09-2020
news_image
74
FUTBOL

UEFA qüvvədə saxladı - 5 əvəzetmə qaydasını

Bu gün UEFA-nın İcraiyyə Komitəsinin iclası keçirilib.

Apasport.az saytının məlumatına görə, yığıncaqda qitəmiqyaslı bütün turnirlərdə komandalara oyun ərzində 5 əvəzetmədən yararlanması barədə qərar qəbul olunub.

Bu, Beynəlxalq Futbol Assosiasiyaları Şurasının (İFAB) icazəsi ilə rəsmiləşib. Qurum cari mövsümdə də bu yeniliyin tətbiqi ilə bağlı yekun qərar verməyi yarışların təşkilatçılarının öhdəsinə buraxıb.

Əksər liqalar ötən mövsümün sonunda koronavirus pandemiyası üzündən tətbiq olunan yenilikdən yararlansa da, cari mövsümdə bundan imtina edib. UEFA isə 5 əvəzetmə qaydasını saxlamağa üstünlük verib.

Qeyd edək ki, Çempionlar Liqası və Avropa Liqasında əsas mərhələlər oktyabrın 20-də və 22-də başlayacaq.