16:46 24-09-2020
news_image
66
FUTBOL

İclasların yerini dəyişdi - UEFA

UEFA-nın növbəti yarım il ərzində korporativ toplantılarının yeri dəyişdirilib.

Apasport.az-ın qurumun rəsmi saytına istinadən məlumatına görə, İcraiyyə Komitəsinin qarşıdakı iki iclası İsveçrədə baş tutacaq.

Qitə futbol qurumu öncədən dekabrda Belarusda, gələn ilin martında isə İsveçdə bir araya gəlməyi planlaşdırırdı. Lakin qərara əsasən, hər iki tədbir İsveçrədə olacaq.