17:09 24-09-2020
news_image
72
FUTBOL

Koronavirusa yoluxdu – Zlatan İbrahimoviç

İtaliyanın “Milan” klubunun hücumçusu Zlatan İbrahimoviç koronavirus pandemiyasına yoluxub.

Apasport.az xəbər verir ki, bu barədə “rossonyerlər” məlumat yayıb.

Bildirilir ki, futbolçulardan götürülən testin nəticəsi isveçli forvardda pozitiv çıxıb. Bu səbəbdən 39 yaşlı ulduz futbolçu karantinə alınıb.

Qeyd edək ki, “Milan” dünən braziliyalı müdafiəçi Leonardo Duartenin koronavirusa yoluxduğunu açıqlamışdı.