17:28 24-09-2020
news_image
308
FUTBOL

Bakıdakı oyunların vaxtı açıqlandı – seçmə mərhələdə

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin oyunlarının başlama saatları açıqlanıb.

Apasport.az saytının məlumatına görə, matçlar üç müxtəlif vaxtda keçiriləcək.

Həftəiçi günlər qarşılaşmalar Mərkəzi Avropa vaxtı ilə saat 18:00 və 20:45-də start götürəcək. Şənbə və bazar günləri isə bu iki vaxtdan başqa 15:00-da da oyunlar olacaq.

UEFA bəzi ölkələrin ev oyunları ilə bağlı konkret vaxt da müəyyən edib. Azərbaycan yığmasının ev oyunlarının başlama vaxtı da bilinib. Millimizin seçmə mərhələnin Bakıdakı matçları həftəiçi günlərdə Mərkəzi Avropa vaxtı ilə 18:00-da, şənbə və bazar günlərində isə 15:00 və ya 18:00-da başlayacaq.

Qeyd edək ki, yığmamız evdə I, II, III, IX və X turlarda Bakı vaxtı ilə 21:00 və 18:00, IV-IX turlarda isə 20:00 və 17:00-da meydana çıxacaq.