17:35 24-09-2020
news_image
311
FUTBOL

Portuqaliya, İslandiya və Cəbəllütariqdən yalnız biri – millimiz üçün

DÇ-2022-nin Avropa zonası üzrə seçmə mərhələsinin püşkatması ilə bağlı detallar bəlli olub.

Apasport.az saytının məlumatına görə, UEFA-nın İcraiyyə Komitəsi püşk proseduru zamanı hansı yığmaların eyni qrupa düşməməsi ilə bağlı bəzi qərarları təsdiqləyib.

Qurum son vaxtlarda tətbiq etdiyi məsafə limitini yenə qüvvədə saxlayıb. Söhbət eyni yığmanın seçmə mərhələ ərzində iki uzaq səfərə yollanmamasından gedir.

UEFA Azərbaycan millisi üçün 3 belə ölkə müəyyənləşdirib. Bunlar Portuqaliya, Cəbəllütariq və İslandiyadır. Qaydaya əsasən, yığmamız bu ölkələrdən yalnız biri ilə eyni qrupa düşə bilər. Bu, Azərbaycan futbolçularının tsikldə iki dəfə uzaq yol qət etməməsi üçün nəzərdə tutulub.

Qeyd edək ki, Azərbaycan millisi həm də Ermənistanla münaqişə səbəbindən bu ölkənin yığması ilə də üz-üzə gələ bilməz.