
Azərbaycan Premyer Liqasında IV turun bütün təyinatları açıqlanıb.
Apasport.az saytının məlumatına görə, sabah start götürəcək turun matçlarının hakimləri, hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.
Son çempion “Qarabağ”la liderlər qrupunda yer alan “Sumqayıt”ın görüşünü Kamal Umudlu idarə edəcək.
Azərbaycan Premyer Liqası
IV tur
25 sentyabr (cümə)
19:00. “Sumqayıt” – “Qarabağ”
Hakimlər: Kamal Umudlu, Pərvin Talıbov, Müslüm Əliyev, Rövşən Rəcəbov
Hakim-inspektor: Ruhulla Kərimov
AFFA nümayəndəsi: Erkin Hüseynov
“Kapital Bank Arena”
26 sentyabr (şənbə)
18:00. “Səbail” – “Sabah”
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
Hakim-inspektor: Zöhrab Qədirov
AFFA nümayəndəsi: Elgiz Abbasov
“ASCO Arena”
20:15. “Keşlə” – “Zirə”
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Mübariz Hüseynov
“ASK Arena”
27 sentyabr (bazar)
19:00. “Neftçi” – “Qəbələ”
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Eyyub İbrahimov, Fərid Hacıyev
Hakim-inspektor: İmanxan Sultani
AFFA nümayəndəsi: Aslan Şahgəldiyev
“Dalğa Arena”