01:18 25-09-2020
news_image
154
FUTBOL

Pley-offda 21 cüt – Avropa Liqasında

Avropa Liqasında pley-off mərhələsinin cütləri müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, III təsnifat mərhələsi başa çatdıqdan sonra qrup mərhələsinə son 21 vəsiqəyə iddialıların tam siyahısı bəlli olub.

Bu komandalar oktyabrın 1-də baş tutacaq pley-offda 21 cüt təşkil edib. Bunlardan 8-i Çempionlar yolu, 13-cü Əsas yolda mübarizə aparacaq.

Azərbaycan çempionu “Qarabağ”ın rəqibi “Legiya” olacaq. Təmsilçimiz bu matçı Polşada keçirəcək.

Pley-offda mübarizə aparacaq yeganə Türkiyə təmsilçisi “Qalatasaray” Şotlandiya “Reyncers”i ilə görüşəcək. Bu qarşılaşma Qlazqoda baş tutacaq.

Avropa Liqası
Pley-off
Çempionlar yolu

“Yanq Boyz” (İsveçrə) - “Tirana” (Albaniya)
“Dinamo” (Xorvatiya) - “Flora” (Estoniya)
ÇFR (Rumıniya) - “Kuopio” (Finlandiya) 
“Ararat-Armeniya” (Ermənistan) - “Srvena Zvezda” (Serbiya)
“Dinamo” (Brest, Belarus) -  “Lüdoqorets” (Bolqarıstan)
“Sarayevo” (Bosniya və Herseqovina) - “Seltik” (Şotlandiya)
“Legiya” (Polşa) - “Qarabağ” (Azərbaycan)
“Dandalk” (İrlandiya) - “Klasksvik” (Farer adaları)

Əsas yol
“Hapoel” (Beer-Şeva, İsrail) - “Viktoriya” (Çexiya) 
“Bazel” (İsveçrə) - MOİK (Bolqarıstan) 
“Rio Ave” (Portuqaliya) - “Milan” (İtaliya) 
“Rusenborq” (Norveç) – PSV (Niderland)
“Sportinq” (Portuqaliya) - LASK (Avstriya) 
“Kopenhagen” (Danimarka) - “Riyeka” (Xorvatiya)
AEK (Yunanıstan) - “Volfsburq” (Almaniya) 
“Şarlerua” (Belçika) - “Lex” (Polşa)
 “Malmö” (İsveç) - “Qranada” (İspaniya) 
“Tottenhem” (İngiltərə) - “Makkabi” (Hayfa, İsrail)
“Slovan” (Çexiya) - APOEL (Kipr)
“Standard” (Belçika) - “Fehervar” (Macarıstan) 
“Reyncers” (Şotlandiya) - “Qalatasaray” (Türkiyə)