00:35 25-09-2020
news_image
454
FUTBOL

“Qutnik”, “Vidzev” fiaskosu, “Visla”, “Pyast” zəfəri - 13-cü duel, 25-ci oyun

Azərbaycan çempionu “Qarabağ” Avropa Liqasının pley-off mərhələsində Polşa “Legiya”sı ilə görüşəcək.

Apasport.az saytının məlumatına görə, bu, iki ölkə təmsilçilərinin avrokuboklarda 13-cü dueli olacaq.

Nəhs sınaq ərəfəsində baş tutan 12 qarşıdurma çərçivəsində 24 oyun keçirilib. Polşa klubları bu görüşlərdə aşkar üstünlüyə malikdir.

Komandalarımız cəmi 5 qələbə qazanıb, eyni sayda heç-heçə edibsə, 14 dəfə uduzub. Top fərqində də polşalılar öndədir – 54:20.

12 dueldən 9-da mübarizəni dayandıran klublarımız yalnız üç dəfə mərhələ adlayıb. Bu üç uğurdan ikisi “Qarabağ”ın payına düşür. Ağdamlılar Polşa komandaları ilə 4 oyunun heç birində uduzmayıb və hər iki halda – “Visla” və “Pyast”la duellərdə tur adlayıb.

Yubiley – 25-ci oyun əvvəlkilərdən fərqli bir matçlıq duellə taleyi həll edəcək. Bu görüşdəki rəqib – “Legiya” ilk dəfə təmsilçilərimizlə üz-üzə gələcək.

Qeyd edək ki, avrokuboklardakı ən ağır üç məğlubiyyətimizdən ikisi Polşa klubları ilə görüşlərə təsadüf edib. “Xəzri” “Qutnik”ə 0:9 hesabı ilə uduzubsa, “Neftçi” “Vidzev”dən 8 cavabsız top buraxıb. Azərbaycan klublarının 8 top fərqli digər məğlubiyyəti “Xəzər Lənkəran”ın İsrail “Makkabi”si ilə qarşılaşmasına təsadüf edib.

17.07.1996. Qutnik (Krakov, Polşa) - Xəzri - 9:0 
24.07.1996. Xəzri - Qutnik (Krakov, Polşa)  - 2:2
23.07.1997. Neftçi - Vidzev (Polşa) - 0:2 
30.07.1997. Vidzev (Polşa) - Neftçi  - 8:0
22.07.1998. LKS (Polşa) - Kəpəz - 4:1 
29.07.1998. Kəpəz - LKS (Polşa) - 1:3
18.06.2000. Zaqlebiye (Polşa) - Viləş - 4:0 
25.06.2000. Viləş - Zaqlebiye (Polşa) - 1:3
19.06.2005. Karvan - Lex (Polşa) - 1:2 
25.06.2005. Lex (Polşa) - Karvan - 2:0
19.07.2007. MKT Araz - Qrotslin (Polşa) - 0:0 
02.08.2007. Qrotslin (Polşa) - MKT Araz - 1:0
17.07.2008. Xəzər-Lənkəran - Lex (Polşa) - 0:1 
31.07.2008. Lex (Polşa) - Xəzər Lənkəran - 4:1
13.07.2010. İnter - Lex (Polşa) - 0:1 
21.07.2010. Lex (Polşa) – İnter - 0:1, pen.9:8
29.07.2010. Visla (Polşa) - Qarabağ - 0:1 
05.08.2010. Qarabağ - Visla (Polşa) - 3:2
19.07.2012. Xəzər Lənkəran - Lex (Polşa) - 1:1
26.07.2012. Lex (Polşa) - Xəzər Lənkəran - 1:0
18.07.2013. Qarabağ - Pyast (Polşa) - 2:1
25.07.2013. Pyast (Polşa) - Qarabağ - 2:2, əlavə vaxtda
13.07.2017. Qəbələ - Yagelloniya (Polşa) - 1:1
20.07.2017. Yagelloniya (Polşa) - Qəbələ - 0:2