
16:38
Avropa Liqasının III təsnifat mərhələsində “Drita” üzərində 2:0 hesablı qələbə qazanaraq mübarizəni davam etdirən “Legiya”nın Polşa çempionatındakı matçı təxirə salınıb.
Apasport.az saytının məlumatına görə, buna səbəb komandanın pley-off mərhələsi çərçivəsində “Qarabağ”la qarşılaşmasıdır.
Varşava təmsilçisi Azərbaycan çempionu ilə oktyabrın 1-də baş tutacaq matça rahat hazırlaşmaq üçün sentyabrın 27-də “Slask”la Ekstraklasanın V tur görüşünün təxirə salınmasını istəyib. Yerli federasiya bu istəyi qəbul edib və oyun qeyri-müəyyən müddətə təxirə salınıb.
Qeyd edək ki, bir oyundan ibarət pley-off mərhələsi çərçivəsində “Legiya” – “Qarabağ” matçı Polşada oynanılacaq.