01:28 25-09-2020
news_image
156
FUTBOL

“Qarabağ” barədə hazır material əldə edəcəyik” – “Legiya”nın baş məşqçisi

“Meydanda etməli olduğumuz işi gördük. Bəzi hallarda istədiyim kimi oynadıq, amma çox çalışmalı olduğumuz məqamlar var”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın baş məşqçisi Çeslav Mixneviç Avropa Liqasının III təsnifat mərhələsində “Drita” (Kosovo) ilə keçirilən oyunu dəyərləndirərkən deyib.

Yeni baş məşqçinin rəhbərliyi altında 2:0 hesablı qələbə qazanan Polşa təmsilçisi pley-off mərhələsində “Qarabağ”a rəqib olub. Mixneviç matçdan sonra keçirilən mətbuat konfransında artıq Azərbaycan çempionu ilə görüş barədə düşündüklərini söyləyib: “Pley-offa daha yaxşı hazırlaşmalıyıq. “Qarabağ”ı hərtərəfli təhlil etməliyik. Düşünürəm ki, bazar günü rəqibimiz barədə hazır material əldə edəcəyik. Məqsədimiz qrupa vəsiqə qazanmaqdır. Polşa çempionatındakı görüşümüzün təxirə salınması “Qarabağ”la matça hazırlaşmaq baxımından bizə əlavə vaxt qazandırdı. Bundan da maksimum yararlanacağıq. Nəticə ya xeyrimizə işləyəcək, ya da yolunda olmayan nələrinsə olduğunu ortaya çıxaracaq”.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşada keçiriləcək.