11:06 25-09-2020
news_image
79
FUTBOL

Koronavirusla bağlı fasilədən sonra uduzmur – 16 oyun

İtaliyanın “Milan” klubu məğlubiyyətsiz oyunlar seriyasını 16-ya çatdırıb.

Apasport.az saytının məlumatına görə, koronavirus pandemiyası ilə bağlı fasilədən sonra uduzmayan Milan təmsilçisi Avropa Liqasının III təsnifat mərhələsində “Bodo Qlimt”ə 3:2 hesabı ilə qalib gəlib.

Bu, italiyalıların martdan sonra 12-ci qələbəsi olub. Stefano Piolinin yetirmələri 6 ay öncə “Cenoa”dan alınan 1:2 hesablı ev məğlubiyyətdən sonra cəmi 4 heç-heçə edib.

Qeyd edək ki, “Milan” Avropa Liqasının pley-offunda Portuqaliya “Rio Ave”si ilə görüşəcək.