01:58 25-09-2020
news_image
133
FUTBOL

“Qarabağ”a qarşı daha hazırlıqlı olacağıq” – “Legiya”nın transferi

“Dritanı hərtərəfli təhlil etdik və güclü tərəflərindən istifadə etməsinə imkan vermədik”.

Apasport.az saytının məlumatına görə, bunu Polşanın “Legiya” klubunun futbolçusu Filip Mladenoviç Avropa Liqasının III təsnifat mərhələsində “Drita” (Kosovo) üzərində 2:0 hesabı ilə qalib gəldikləri oyunu dəyərləndirərkən deyib.

29 yaşlı sol cinah müdafiəçisi oyundan-oyuna daha güclü olacaqlarını düşünür: “Çətin anlar geridə qaldı. Baş məşqçinin istefası və üzərimizdəki təzyiqlə bağlı bütün qarışıqlıqdan sonra “Drita”nı məğlub etmək bizim üçün asan olmadı. Yaxşı komanda olduğumuzu və güclü tərəfimizi göstərməyə çalışırıq”.

“Legiya”nın yeni transferi olan Serbiya millisinin üzvü pley-off mərhələsində “Qarabağ”la keçiriləcək matça daha yaxşı durumda çıxacaqlarını bildirib: “Ucaboy və başla oynamağı bacaran oyunçularımız olduğu üçün hava mübarizələrində yaxşı imkanlar yaradırıq. Komandada yeni baş məşqçi və yeni oyunçular var. Bu mənada düşünürəm ki, “Qarabağ”a qarşı bu günkündən daha hazırlıqlı olacağıq”.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşada keçiriləcək.