09:03 25-09-2020
news_image
101
FUTBOL

“Qarabağ” üzərində qələbəyə ümid edir – Qvineya millisinin üzvü

“Əla oyun göstərmədik, amma əlimizdən gələni etdik”.

Apasport.az saytının məlumatına görə, bunu “Legiya”nın hücumçusu Joze Kante Avropa Liqasının III təsnifat mərhələsində Kosovo klubu “Drita” üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.

Qvineya millisinin forvardı pley-off mərhələsində “Qarabağ”la baş tutacaq qarşılaşma barədə də fikilərini bölüşüb: “Artıq pley-offdakı oyuna hazırlaşmalıyıq. “Qarabağ”la matçdan əvvəl daha çox çalışmaq lazımdır. Çempionat görüşünün təxirə salınması yerinə düşdü. Buna ehtiyac var idi. Çünki gələn həftə “Qarabağ”la çox vacib görüşümüz olacaq. Bu, klubumuz adına çox önəmli qarşılaşmadır. Sabahdan “Qarabağ”a köklənəcəyik və hazırlaşmaq üçün bir həftə vaxtımız olacaq. Hamımız müsbət nəticəyə ümid edirik”.

Qeyd edək ki, “Legiya” – “Qarabağ” oyunu oktyabrın 1-də Polşada baş tutacaq.