09:28 25-09-2020
news_image
112
FUTBOL

“Azərbaycan səfəri, böyük oyun...” – Fatih Terim

“Hayduk”la matça ciddi rotasiya edərək çıxdıq. Bir az riski idi, amma bundan üzüağ çıxa bildik”.

Apasport.az saytının məlumatına görə, bunu Türkiyənin “Qalatasaray” klubunun baş məşqçisi Fatih Terim Avropa Liqasının III təsnifat mərhələsində Xorvatiya “Hayduk”u üzərində qazanılan 2:0 hesablı qələbə barədə danışarkən deyib.

Əvvəlki mərhələdə “Neftçi”ni 3:1 hesabı ilə məğlub edən “cim-bom”un çalışdırıcısı təqvim sıxlığının çətinliklərindən bəhs edib: “Qarşımızda gənc, mübarizə aparan kollektiv var idi. Çempionat oyunları təxirə salınmışdı, 12 gün yaxşı dincəlmişdilər. Biz isə sıx təqvimdə çıxış edirik. Azərbaycan səfəri, ardından Super Liqada “Başakşəhər”lə (2:0) böyük oyun... Futbolçularımı bu özünəinama görə təbrik edirəm”.

Qeyd edək ki, “Qalatasaray” oktyabrın 1-də Avropa Liqasının pley-off matçı çərçivəsində Şotlandiya klubu “Reyncers”lə səfərdə üz-üzə gələcək.