10:31 25-09-2020
news_image
423
FUTBOL

Məğlubiyyətə görə Əliyar Ağayevi günahlandırdı - rumınlar

Azərbaycanlı FİFA referisi Əliyar Ağayev Avropa Liqasının III təsnifat mərhələsində “Styaua” (Rumıniya) - “Slovan” (Çexiya) oyununu idarə edib.

Apasport.az saytının məlumatına görə, qonaqların ikinci hissədə vurduqları 2 cavabsız qolla qalib gəldiyi matçda həmyerlimiz 6 dəfə əlini cibinə atıb.

Rumınlardan 2, çexlərdən isə 3 nəfərə sarı vərəqə göstərən Ağayev 20-ci dəqiqədə “Styaua”nın müdafiəçisi Stefan Kananı birbaşa qırmızı vərəqə ilə meydandan qovub. Onun idarəçiliyi meydan sahiblərinin narazılığı ilə qarşılanıb.

“Styaua”nın idman direktoru Mixay Stoyka yerli mətbuata açıqlamasında FİFA referisinin bəzi epizodlarda düzgün qərarlar vermədiyini iddia edib: “Matçın əvvəllərində Ovidiu Perianuya qarşı kobudluq edildi. Futbolçu yerə normal şəkildə yıxılmaya bilər. Amma penalti verilə bilərdi. Hakim isə simulyasiya hesab edib Perianuya sarı vərəqə göstərdi. Halbuki təmiz penalti idi”.