11:26 25-09-2020
news_image
124
FUTBOL

“Legiya” iştirak ərizəsini açıqladı – “Qarabağ” üçün

Avropa Liqasının pley-off mərhələsində Azərbaycan çempionu “Qarabağ”ın rəqibi olan “Legiya”nın iştirak ərizəsi açıqlanıb.

Apasport.az saytının məlumatına görə, Polşa təmsilçisinin sifariş vərəqində 30 futbolçu yer alıb. Baş məşqçi Çesnav Mixneviçin ixtiyarında 12 əcnəbi oyunçu var.

Heyətdə 3 qapıçı, 11 müdafiəçi, 10 yarımmüdafiəçi və 6 hücumçu yer alıb. Bu futbolçular Avropa Liqasının qarşıdakı görüşündə forma geyinə bilər.

Qapıçılar: 1. Artur Boruç, 33. Radoslav Çerznyak, 35. Çezari Mişta
Müdafiəçilər: 2. Yosip Yuranoviç (Xorvatiya), 3. Mateuş Qolovniya, 4. Mateuş Vieteska, 5. İqor Levçuk, 15. Ariel Mosor, 25. Filip Mladenoviç (Serbiya), 34. İnyaki Astiz (İspaniya), 36. Nikodem Niski, 41. Pavel Stolarski, 44. Villiam Remi (Fransa), 55. Artur Jedzeçzyuk
Yarımmüdafiəçilər: 7. Domaqoy Antoliç (Xorvatiya), 8. Valerian Qviliya (Gürcüstan), 11. Joel Valensiya (İspaniya), 14. Mixal Karbovnik, 17. Mateuş Çolevyak, 22. Pavel Vşolek, 24. Andre Martins (Portuqaliya), 67. Bartoş Kapustka, 77. Radoslav Çelemeçki, 99. Bartoş Sliş
Hücumçular: 9. Tomas Pekart (Çexiya), 20. Joze Kante (İspaniya), 21. Rafael Lopes (Portuqaliya), 28. Şimon Vlodarçuk, 39. Maçey Rosolek, 82. Lukinyas (Braziliya)

Qeyd edək ki, oktyabrın 1-də Varşavada keçiriləcək “Legiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq