
02:10
Avropa Liqasının pley-off mərhələsinin “Legiya” – “Qarabağ” oyununu idarə edəcək almaniyalı baş hakim Tobias Stieler karyerasında ikinci dəfə Azərbaycan çempionunun matçında fit çalacaq.
Apasport.az saytının məlumatına görə, 39 yaşlı referi 3 il əvvəl baş tutan “Roma” – “Qarabağ” qarşılaşmasının hakimi olub.
2017/18 mövsümündə Çempionlar Liqasının İtaliyada keçirilən qrup oyununda meydan sahibləri 1:0 hesabı ilə qalib gəlib. Almaniyalı ev sahiblərinə 1, ağdamlılara 4 sarı vərəqə verib.
2017-ci il dekabrın 5-dəki qarşılaşmada Elvin Yunuszadə, ispaniyalı Miçel, haitili Donald Gerye, polşalı Yakub Jezniçak xəbərdarlıq alıb.
Qeyd edək ki, almaniyalı 2014-cü ildən FİFA statusu daşıyır.