12:20 25-09-2020
news_image
92
FUTBOL

Günün favoriti - “Qarabağ”

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində bu gün keçiriləcək oyunun əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları “Sumqayıt” – “Qarabağ” matçında favoriti müəyyənləşdirib.

“Kapital Bank Arena”da baş tutacaq qarşılaşmada meydan sahiblərinin qələbəsi 4,66, qonaqların qalib gəlməsi 1,69 əmsaldır. Matçda heç-heçəyə 3,66 əmsal verilib.

Qeyd edək ki, “Sumqayıt” – “Qarabağ” oyunu saat 19:00-da başlayacaq.