13:32 25-09-2020
news_image
595
FUTBOL

Mərakeş klubu ilə anlaşdı - Zidan

“Real”ın baş məşqçisi Zinəddin Zidanın oğlu Enzo Zidan növbəti dəfə komandasını dəyişməyə hazırlaşır.

Apasport.az saytının məlumatına görə, “kral klubu”nun yetirməsi bu dəfə Afrika qitəsində çıxış etməyə yaxındır.

“Real”da ümidləri doğrultmayan və müxtəlif klublarda heyətə düşə bilməyən 25 yaşlı yarımmüdafiəçi Mərakeşin “Vidad” klubu ilə anlaşıb. Enzonun meneceri də məlumatı təsdiqləyib. Fransalı futbolçu tezliklə keçidini rəsmiləşdirəcək.

Qeyd edək ki, Enzo Zidan son olaraq “Almeriya”da çıxış edib.