14:10 25-09-2020
news_image
84
FUTBOL

“Monako” icarəyə götürdü – “Benfika”dan

“Monako” heyətini gücləndirməkdə davam edir.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi yarımmüdafiəçi Florentino Luişi heyətinə qatıb.

21 yaşlı portuqaliyalı oyunçu “Benfika”dan icarəyə götürülüb. Onun icarə müddəti mövsümün sonuna qədər nəzərdə tutulub.

Qeyd edək ki, Florentino peşəkar karyerasında yalnız “Benfika”da oynayıb.