14:47 25-09-2020
news_image
98
FUTBOL

“Marsel”dən yeni transfer - Luis Enrike

Fransanın “Marsel” klubu növbəti transferini rəsmiləşdirib.

Apasport.az saytının məlumatına görə, Liqa1 təmsilçisi Luis Enrikeni transfer edib.

18 yaşlı braziliyalı yarımmüdafiəçi “Tres-Pasus” klubundan keçib. Müqavilənin müddəti açıqlanmasa da, transfer 12 milyon avroya başa gəlib.

Qeyd edək ki, son vaxtlar “Botofoqo”da icarədə olan Enrike 19 oyunda 2 qol vurub.