
21:56
“Bavariya”nın yarımmüdafiəçisi Tomas Müller tarixə düşüb.
Apasport.az saytının məlumatına görə, ulduz futbolçu UEFA Superkubokunu qazanmaqla buna nail olub.
“Sevilya” üzərində 2:1 hesablı qalibiyyət əldə edən Münhen klubunun oyunçusu karyerasında 26-cı kuboku qazanıb. Müller bununla sabiq komanda yoldaşı Bastian Şvaynştaygerə çatıb. Onlar ən çox mükafat alan almaniyalı futbolçu adına şərikdirlər. Tomas sentyabrın 30-da Almaniya Superkubokunda Dortmund “Borussiya”sına qalib gələcəkləri təqdirdə Bastianı da geridə qoyacaq.
Qeyd edək ki, Tomas Müller 2008-ci ildən “Bavariya”nın əsas komandasında çıxış edir.