15:24 25-09-2020
news_image
214
FUTBOL

Texniki məğlubiyyət verildi – “Tottenhem”in oyununda

İngiltərə Liqa Kubokunun 1/16 final mərhələsinin təxirə salınan “Leyton Orient” – “Tottenhem” oyunu ilə bağlı qərar verilib.

Apasport.az saytının məlumatına görə, London təmsilçisi meydana çıxmadan mərhələ adlamağı bacarıb.

Buna səbəb təşkilatçıların aşağı liqa klubuna texniki məğlubiyyət verməsidir. Sentyabrın 22-də baş tutmalı olan qarşılaşma “Leyton Orient”in bir neçə futbolçusunda koronavirus pandemiyasına yoluxma halı aşkarlandığından təxirə salınmışdı. Artıq “Tottenhem”in 1/8 final mərhələsinə adladığı açıqlanıb.

Joze Mourinyonun yetirmələri növbəti raundda “Çelsi” ilə London derbisində üz-üzə gələcək. Bu oyun sentyabrın 29-da baş tutacaq.