16:55 25-09-2020
news_image
96
FUTBOL

20 milyonu çox görür - “Mançester Yunayted”

“Mançester Yunayted” “Porto”nun müdafiəçisi Aleks Telleşin transferini reallaşdırmaqda çətinlik çəkir.

Apasport.az saytının məlumatına görə, klublar bir neçə dəfə görüş keçirsələr də, ortaq məxrəcə gələ bilməyiblər.

Portuqaliya təmsilçisi 27 yaşlı cinah oyunçusunu 20 milyon avroya sata biləcəyini açıqlayıb. Lakin “qırmızı şeytanlar” bu məbləğin çox olduğunu düşünür. Telleşlə müqavilənin detallarını razılaşdıran Premyer Liqa təmsilçisi artıq yanvarda onunla azad agent kimi müqavilə imzalaya bilər. Çünki futbolçunun “Porto” ilə sözləşmə müddəti mövsümün sonuna qədərdir.

Qeyd edək ki, Aleks Telleş 2016-cı ildən “Porto”da çıxış edir.