17:38 25-09-2020
news_image
109
FUTBOL

“Napoli” ilə yox, “Real”la anlaşdı – “Roma”

“Napoli”nin hücumçusu Arkadiuş Milikin “Roma”ya transferi baş tutmayıb.

Apasport.az saytının məlumatına görə, klublar polşalı forvardın keçidində razılaşmayıblar.

26 yaşlı oyunçunun “Everton”a keçmək ehtimalı daha çox qiymətləndirilir. “Roma” isə hücum xəttini “Real”ın ön xətt oyunçusu Borxa Mayoralla gücləndirməyə yaxındır. İki klub arasında danışıqlar müsbət yekunlaşıb. Mayoralın tezliklə İtaliyaya köçməsi gözlənilir.

Qeyd edək ki, Arkadiuş Milik 2016-cı ildən “Napoli”nin formasını geyinir. Borxa Mayoral isə “Real”ın yetirməsidir.