21:36 25-09-2020
news_image
166
FUTBOL

“Ştuxlik hakimlərə də diqqət yetirməlidir” - Ayxan Abbasov

“Yaxşı oynadıq, son anda qol buraxmağımız bizi üzdü”.

Apasport.az saytının məlumatına görə, bunu “Sumqayıt”ın baş məşqçisi Ayxan Abbasov Azərbaycan Premyer Liqasının IV turunda “Qarabağ”la keçirilən oyunu dəyərləndirərkən deyib.

“Kapital Bank Arena”da komandası çempionla 2:2 hesablı heç-heçə edən Abbasov mətbuat konfransında əzmkar oyun nümayiş etdirmələrinin sevindirici məqam olduğunu bildirib: “Qapıçımız Aydın Bayramovun çıxışını xüsusi vurğulayardım. O, əsas heyətə layiqdir. Ötən mövsüm də çempionatda liderlik etdiyimiz vaxtlar olub. Yavaş-yavaş artırırıq. Bu gün iki xal itirdiyimizi deməyək. Bu, böyük danışmaq olardı”.

39 yaşlı mütəxəssis yarımmüdafiəçi Cavid İmamverdiyevi təcrübəsi və top saxlama bacarığına görə meyxana buraxdığını vurğulayıb: "Cavidə vaxt lazımdır. Onun bizə kömək edəcəyinə inanıram. Hücum xəttində bir Əli Qurbanimiz var".

Baş məşqçinin fikrincə, rəqibin yarımmüdafiəçisi İsmayıl İbrahimliyə qırmızı vərəqə göstərilməli idi: "Eşitdiyimə görə, Hakimlər Komitəsinin sədri Frits Ştuxlik məşqçiləri daha çox müzakirə edir. Xətti tapdaladığımızı qabardır. Amma hakimlərə də diqqət yetirməlidir. O epizodda qırmızı vərəqə göstərilməli idi".