21:44 25-09-2020
news_image
197
FUTBOL

“Qarabağ”da zədəlilərin durumu – biri “Legiya” ilə matçı buraxacaq

Avropa Liqasının pley-off mərhələsində “Legiya" ilə oktyabrın 1-də keçiriləcək oyuna qədər “Qarabağ”ın yeni hücumçu almaq ehtimalı yoxdur.

Apasport.az saytının məlumatına görə, bunu “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Azərbaycan Premyer Liqasının IV turunda “Sumqayıt”la keçirilən matçdan (2:2) sonrakı mətbuat konfransında deyib.

48 yaşlı çalışdırıcı zədəli ön xətt oyunçularının durumuna da aydınlıq gətirib. O, ispaniyalı Xayme Romeronun İstanbuldan yeni gəldiyini, Varşavadakı qarşılaşmaya hazır olmayacağını deyib. Ondan fərqli olaraq, fransalı Abdullah Zubir və millimizin forvardı Mahir Emrelinin durumu nisbətən yaxşıdır.

Qeyd edək ki, “Legiya” - “Qarabağ” oyunu Bakı vaxtı ilə 22:00-da başlayacaq.