23:19 25-09-2020
news_image
97
FUTBOL

Öz meydanında büdrədi – Nazarovun komandası

Almaniya Bundesliqa II-də 2-ci tura start verilib.

Apasport.az saytının məlumatına görə, açılış oyununda Azərbaycan millisinin futbolçusu Dmitri Nazarovun komandası “Aue” meydana çıxıb.

Mövsümə qələbə ilə başlayan adıçəkilən komanda bu dəfə öz meydanında “Qreyter Fürt”ün müqavimətini qıra bilməyib. İlk hissədə vurulan qarşılıqlı qollar matçın taleyini həll edib – 1:1. Start heyətində meydana daxil olan Nazarov 60-cı dəqiqədə əvəzlənib.

Qeyd edək ki, “Aue”nin iki turdan sonra aktivində 4 xal var.