
15:09
İngiltərənin “Vest Hem” klubunun baş məşqçisi Devid Moyes növbəti matçda komandasına məsafədən rəhbərlik edəcək.
Apasport.az saytının məlumatına görə, bunu çalışdırıcının köməkçisi Alan İrvayn açıqlayıb.
O bildirib ki, koronavirus səbəbindən karantində olan 57 yaşlı mütəxəssis “Vulverhempton”la sentyabrın 27-də keçiriləcək qarşılaşmada komandaya tapşırıqlarını evdən verəcək.
Qeyd edək ki, Moyes və “Vest Hem”in iki futbolçusunun koronavirus testi müsbət nəticə verib.