
15:09
İtaliyanın “İnter” klubunun futbolçusu Antonio Kandreva “Sampdoriya”ya keçib.
Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi Genuya təmsilçisinə icarəyə verilib.
İki klub arasında anlaşmaya əsasən genuyalılar sonradan futbolçunu 3 milyon avroya transfer etməlidir. Onun müqaviləsi ümumilikdə 4 ili əhatə edir.
Qeyd edək ki, “İnter”də 151 matç keçirən Kandreva 18 qol vurub.