
15:57
Fransanın PSJ klubu heyətinə yeni futbolçu qatıb.
Apasport.az saytının məlumatına görə, qapıçı Aleksandr Letelye Paris təmsilçisinə qayıdıb.
Onunla 1 illik müqavilə imzalanıb. PSJ-nin yetirməsi olan qolkiper 2000-10-cu illərdə bu klubun müxtəlif komandalarında çıxış edib.
Qeyd edək ki, 29 yaşlı əlcək sahibi ötən mövsüm aşağı dəstə təmsilçisi “Orlean”da forma geyinib.