
16:28
İtaliyanın “Atalanta” klubunun futbolçusu Arkadiuş Retsanın yeni komandası bəlli olub.
Apasport.az saytının məlumatına görə, müdafiəçi “Krotone”yə keçib.
İcarəyə verilən 25 yaşlı futbolçu bir mövsüm yeni komandasında çıxış edəcək. O, ötən mövsümdə də icarəyə verilib. Həmin vaxt Retsa “Spal”ın formasını geyinib.
Qeyd edək ki, Arkadiuş İtaliyadan öncə Plotsk “Visla”sında oynayıb.