01:44 26-09-2020
news_image
142
FUTBOL

“Arsenal”a keçməyə razılıq verdi – “Lion”un yarımmüdafiəçisi

Fransanın “Lion” klubunun futbolçusu Ussem Auar karyerasını İngiltərədə davam etdirməyə yaxındır.

Apasport.az saytının məlumatına görə, 22 yaşlı yarımmüdafiəçi “Arsenal”a keçməyə razılıq verib.

“Lion” futbolçusunu “Barselona” və “Yuventus”a satmaq niyyətində olsa da, bu klublardan konkret təklif almayıb. Bu üzdən də Liqa1 təmsilçisi London klubu ilə danışıqlar aparacaq. Keçidin 60 milyon avroya reallaşacağı gözlənilir.