22:07 26-09-2020
news_image
534
FUTBOL

“Səbail”dən ilk qələbə, “Keşlə” də uduzdu – Premyer Liqada

Azərbaycan Premyer Liqasında IV tur davam edir.

Apasport.az saytının məlumatına görə, bu gün turun daha iki oyunu keçirilib.

Hər iki matç Bakıda baş tutub. Günün ilk qarşılaşması “ASCO Arena”da təşkil olunub. “Səbail” məğlubiyyət seriyasını “Sabah”la görüşdə qırıb. İlk üç turda eyni – 1:2 hesabı ilə uduzan Aftandil Hacıyevin yetirmələri bu dəfə həmin nəticə ilə qalib gəlib. Visente Qomesin yetirmələri isə ikinci məğlubiyyəti almaqla liderlik şansını qaçırıb.

Turnir cədvəlində qonşu olan “Keşlə” və “Zirə”nin duelində meydan sahibləri hesabı açıb. Amma Rəşad Sadıqovun yetirmələri ilk üç oyunda qol buraxmayan rəqibin müdafiə səddini yarmağa nail olub. Fasilədən sonra Yunis Hüseynovun komandası yenidən hesabda önə keçsə də, qonaqlar iki qol vuraraq əzmkar qələbə qazanıb. Bu, “Keşlə”nin mövsümdə ilk məğlubiyyəti olub.

Qeyd edək ki, tutun ilk oyun günündə “Sumayıt”la “Qarabağ” meydandan məhsuldar heç-heçə (2:2) ilə ayrılıb. Tura sabah baş tutacaq “Neftçi” – “Qəbələ” görüşü ilə yekun vurulacaq.
 

Azərbaycan Premyer Liqası
IV tur
26 sentyabr (şənbə)
18:00. “Səbail” – “Sabah” - 2:1
Qollar:
Əfran İsmayılov, 56 (pen.), Rauf Əliyev, 71 - Ramil Şeydayev, 27 (pen.)
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Kamran Bayramov, Tural Qurbanov
“ASCO Arena”
“Səbail”: 96. Nikolas Hagen, 14. Rahid Əmirquliyev (k), 34. Urfan Abbasov, 55. Adil Nağıyev, 11. Rauf Əliyev, 22. Əfran İsmayılov, 27. Hendrik Ekşteyn, 16. Peyman Keşavarzi, 8. Lema Mabidi, 9. Florian Kadriu, 3. Turan Manafov
Ehtiyat oyunçular: 25. Elxan Əhmədov, 26. Kamal Qurbanov, 17. Elçin Rəhimli, 5. Vüqar Bəybalayev, 28. Məqsəd İsayev, 19. Elgün Nəbiyev, 29. Amil Yunanov, 99. Bahadur Həziyev, 13. Əli Sadıxov, 77. Ədilxan Qarəhmədov
Baş məşqçi: Aftandil Hacıyev
“Sabah”: 1. Saşa Stamenkoviç (k), 7. Coşqun Diniyev, 90. Ramil Şeydayev, 14. Slavik Alxasov, 13. Filip İvanoviç, 30. Mario Marina, 10. Yevgeni Koçuk, 18. Xulio Sezar Rodriges, 5. Nikola Vuyadinoviç, 11. Ozan Can Kökçü, 2. Amin Seydiyev
Ehtiyat oyunçular: 12. Alvaro Villete, 94. Nicat Mehbalıyev, 19. Təmkin Xəlilzadə, 15. Ruslan Abışov, 17. Məhəmməd Mirzəbəyov, 4. Bəhlul Mustafazadə, 23. Amadu Diallo, 28. Kevin Kubemba, 60. Abbas Ağazadə, 29. Ceyhun Nuriyev, 77. Veysəl Rzayev
Baş məşqçi: Visente Qomes
 

20:15. “Keşlə” – “Zirə” - 2:3
Qollar:
Silvio Rodriges, 10, Dmitro Klots, 54 - Klesio Bauk, 21, 68, Davit Volkov, 79 (pen.)
Hakimlər: Rəvan Həmzəzadə, Rahil Ramazanov, Cavanşir Yusifov, Namiq Bəkirov
“ASK Arena”
“Keşlə”: 1. Stanislav Namaşko, 19. Azər Salahlı, 17. Vüsal İsgəndərli, 2. İlkin Qırtımov (k), 7. Rəhman Hacıyev, 4. Şəhriyar Əliyev, 25. Con Kamara, 21. Miyusko Boyoviç, 48. Dmitro Klots, 11. Silvio Rodriges, 14. Turan Vəlizadə
Ehtiyat oyunçular: 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 18. Ruslan Əmircanov, 6. Rəşad Sadiqov, 8. Tural Axundov, 20. Rail Məlikov, 23. Artur Batista, 16. Alvaro Tavares, 99. Rafael Məhərrəmli, 97. Xəzər Mahmudov
Baş məşqçi: Yunis Hüseynov
“Zirə”: 1. Mateus Albino, 8. İlkin Muradov, 4. Elvin Camalov (k), 2. Sərtan Taşkın, 13. Şəhriyar Rəhimov, 9. Davit Volkov, 11. Klesio Bauk, 12. Lazar Corceviç, 17. Kayo Rangel, 44. Dmitrios Çantakias, 21. Hacıağa Hacılı
Ehtiyat oyunçular: 22. Rəşad Əzizli, 62. Abdulla Seyidəhmədov, 91. Ruslan Qurbanov, 14. Rəşad Eyubov, 5. Kərim Diniyev, 3. Ali Sisey, 7. Tural Bayramlı, 20. Əli Şirinov, 6. Ayxan Süleymanlı
Baş məşqçi: Rəşad Sadıqov

1

Sumqayıt

4

2

1

1

6-4

7

2

Zirə

4

2

1

1

6-6

7

3

Sabah

4

2

0

2

6-4

6

4

Neftçi

3

2

0

1

4-4

6

5

Qarabağ

4

1

2

1

5-4

5

6

Keşlə

4

1

2

1

3-3

5

7

Səbail

4

1

0

3

5-7

3

8

Qəbələ

3

0

2

1

1-4

2

Bombardir: Əli Qurbani ("Sumqayıt") – 4 qol.