10:23 26-09-2020
news_image
114
FUTBOL

Daha şanslıdır – “Sabah” və “Keşlə”

Azərbaycan Premyer Liqasının IV turu çərçivəsində bu gün keçiriləcək oyunların əmsalları açıqlanıb. 

Apasport.az saytının məlumatına görə, bukmeker kontorları “Səbail” – “Sabah” və “Keşlə” – “Zirə” matçlarında favoritləri müəyyənləşdirib.

“ASCO Arena”da baş tutacaq qarşılaşmada “Səbail”in qələbəsi 3,80, “Sabah”ın qalib gəlməsi 1,95 əmsaldır. Matçda heç-heçəyə 3,26 əmsal verilib.
 
“ASK Arena”da isə ev sahibləri şanslıdır. “Keşlə”nin qələbəsi 1,82, “Zirə”nin üç xal əldə etməsi 4,12 əmsalla dəyərləndirilir. Bu görüşdəki heç-heçə 3,48-ə bərabərdir.

Qeyd edək ki, “Səbail” – “Sabah” oyunu 18:00-da, “Keşlə” – “Zirə” qarşılaşması 20:15-də başlayacaq.