10:58 26-09-2020
news_image
139
FUTBOL

19 yaşlı müdafiəçini alır - “Barselona”

Niderlandın “Ayaks” klubunun futbolçusu Serjinyo Dest İspaniya “Barselona”sına keçəcək.

Apasport.az saytının məlumatına görə, 19 yaşlı amerikalı futbolçunun keçidi gələn həftə rəsmən açıqlanacaq.

Gənc arxa xətt oyunçusunun transferi üçün kataloniyalılar 20 milyon avro ödəyəcək. La Liqa təmsilçisi bonuslar kimi daha 5 milyon da xərcə düşə bilər.

Qeyd edək ki, Dest ötən mövsüm Niderland çempionatında 20 oyun keçirib.