11:44 26-09-2020
news_image
111
DİGƏR NÖVLƏR

Dünya çempionatında 54-cü - Azərbaycan idmançısı

İtaliyada keçirilən velosiped idmanının şose növü üzrə dünya çempionatı davam edir.

Apasport.az saytının məlumatına görə, ikinci yarış günündə Azərbaycan idmançısı da start xəttinə çıxıb.

Elçin Əsədov kişilərin fərdi yürüşündə qüvvəsini sınayıb. O, 31,7 km məsafəni 41 dəqiqə 51,32 saniyəyə qət edib. Təmsilçimiz yarışa qatılan 56 velosipedçi arasında 54-cü yeri tutub.

Qeyd edək ki, yarışın qalibi adını italiyalı Filippo Qanna qazanıb. O, finişə 35 dəqiqə 54,10 saniyəyə çatıb.